14 Yanvar 2016 00:53
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya üzrə beynəlxalq görüş yanvarın 25-də Cenevrədə baş tutacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin Suriya üzrə xüsusi elçisinin müavini Rəmzi İzəddin Rəmzi təsdiqləyib.

“Danışıqlar yanvarın 25-də baş tutacaq”, deyə Rəmzi jurnalistlərə deyib.

Qeyd edək ki, yanvarın 13-də Cenevrədə BMT-nin Suriya üzrə elçisi Staffan de Mistura ilə Təhlükəsizlik Şurasının beşliyinin (Britaniya, Çin, Fransa, Rusiya və ABŞ) nümayəndələri arasında görüş olub. İki saatadək davam edən məsləhətləşmələr qarşıdan gələn danışıqlara hazırlıq məqsədilə baş tutub.


Müəllif: