14 Yanvar 2016 01:20
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

2012-ci ildə qadınların hüququ üzrə beynəlxalq mükafata layiq görülmüş hüquq müdafiəçisi Samar Bədəvi Səudiyyə Ərəbistanında həbs olunub.

Avropa.info xəbər verir ki, o, dörd saatlıq sorğu-sualdan sonra Darhan həbsxanasına göndərilib.

Bu həbsxanada onun qardaşı, müxalif bloger Rauf Bədəvi də saxlanılır. 2014-cü ilin may ayında şəriət məhkəməsi onu 10 il həbs cəzasına, 266 000 dollar təzminat ödəməyə, 1000 şallaq cəzasına məhkum edib.

Samar Bədəvinin həbsi haqda Kanadada yaşayan əri Riaf Ənsaf Heydər məlumat verib. Bədəvi həbsdə olan keçmiş əri Valid Əbu Hayranın həbsxanadan çəkilmiş fotosunun sosial şəbəkədə paylaşdıqdan sonra həbs olunub. Onun kimi insan hüquqları müdafiəçisi olan keçmiş əri daha əvvəl 15 il həbs cəzasına məhkum olunub.

“Amnesty International” təşkilatı bu barədə bəyanat yayıb:

“Bu hadisə Səudiyyə Ərəbistanının vətəndaş hüquqları müdafiəsi ilə bağlı götürdüyü öhdəliklərə necə alçaldıcı şəkildə yanaşmasının yeni bir nümunəsidir. Ər-Riyad növbəti dəfə sübut etdi ki, istənilən dinc müqavimət etirazını boğacaq”.


Müəllif: