Çeçenistan Prezidenti Ramzan Kadırov və Krasnodar əyalətinin qubernatoru Aleksandr Tkaçev Krımın azad olunması ilə əlaqədar medalla mükafatlandırılacaqlar.
Bu açıqlama Krım lideri Sergey Aksyonov çıxış edib.
O, hər iki liderə mükafatın parlament sədrləri tərəfindən veriləcəyini bildirib.
Qeyd edək ki, bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin bir qrup jurnalisti Krım hadisələrini düzgün işıqlandırdığına görə, gizli olaraq mükafatlandırılmışdı.
Onu da xatırladaq ki, mükafatlandırılan şəxslər arasında əslən azərbaycanlı jurnalist İradə Zeynalovada yer almışdı./axar/