15 Yanvar 2016 12:31
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əş-Şəbab" terror təşkilatı döyüşçüləri Somalidə Afrika İttifaqı Qüvvələrinin sülhməramlı kontingentinin hərbi bazasına hücum ediblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı ən azı 50 hərbçi öldürülüb, 100-dən çoxu isə yaralanıb.

Rəsmi məlumatlara görə, hücum kamikadzenin özünü bazanın giriş qapısı önündə partlatması ilə başlanıb. Bundan sonra terrorçularla yerli qüvvələr arasında döyüş baş verib.

Samir


Müəllif: