15 Yanvar 2016 14:16
1 354
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kommersant"dan ilginc iddia

"Rusiya hökuməti Türkiyəyə qarşı tətbiq edilən sanksiyaların bir hissəsini ləğv etməyi planlaşdırır".

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Kommersant" qəzeti məlumat yayıb.

Bildirilib ki, 2018-ci ildə Dünya Çempionatına ev sahibliyi edəcək Rusiyada yarış üçün bir sıra tikinti işlərini Türkiyə şirkətləri həyata keçirir. Bunu nəzərə alan rəsmi Moskva 30 türk şirkətinin adını qadağalar siyahısından çıxara bilər.

Qeyd edək ki, noyabrın 24-də Rusiyaya məxsus Su-24 qırıcısının Türkiyə tərəfindən vurulmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib. Noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı sanksiyaların tətbiqi ilə bağlı fərman imzalayıb.

Samir


Müəllif: