15 Yanvar 2016 22:37
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sloveniyanın paytaxtı Lyublyanada Nizami Gəncəvi və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidələrinin ucaldılması ilə bağlı qərar qəbul olunub.

Bunu Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyevlə görüşü zamanı Lyublyana şəhərinin meri Zoran Yankoviç deyib.

Görüş zamanı bildirilib ki, hər iki abidənin açılışı bu ilin may-iyun aylarına planlaşdırılır. Layihəyə əsasən Nizami Gəncəvinin memorial abidəsinin yanında dahi şairin əsərlərini özündə əks etdirən elektron lövhənin quraşdırılması nəzərdə tutulub.

Görüşdə iştirak edən Ukraynanın xalq rəssamı, heykəltəraş Seyfəddin Qurbanov meriyanın memarlarını hazırladığı hər iki abidənin ilkin eskizləri ilə tanış edib. Tanımış heykəltəraşın təqdim etdiyi 5 eskiz variantından ikisi yerli memarlar tərəfindən bəyənilib və qəbul olunub.

Səxavət


Müəllif: