15 Yanvar 2016 16:33
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiyadan yan keçməklə Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan sınaq qatarının yolasalma mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasimdə Odessa qubernatoru Mixail Saakaşvili iştirak edib. Tədbirin görüntüləri Saakaşvilinin Feysbuk səhifəsində yer alıb.

Mətbuata açıqlama verən Saakaşvili bunu tarixi hadisə kimi qiymətləndirib: "Biz bu işlərə bir il əvvəl başlamışıq. Bununla bağlı mən 2013-cü ildə Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Petro Poroşenko ilə müzakirələr aparmışam. Çoxları bu layihənin baş tutacağına inanmırdı. Çoxlu çətinliklər oldu. Amma mən heç kimin inanmadığı layihələri həyata keçirməyi xoşlayıram. Bu gün bizim istəyimiz reallaşdı".

Samir


Müəllif: