15 Yanvar 2016 17:53
4 917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanlı müstəntiqlər deputatın öldürülməsi faktı üzrə cinayət işi açıb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, yanvarın 13-də Dağıstandan olan deputat Alimurad Ramazanov aldığı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib.

Cinayətdə Tabasaran rayonunun başçısı Qurik şübhəli bilinir.

Müstəntiqlərin versiyasına görə, hadisə 2016-ci il yanvarın 13-də təxminən saat 21:00 radələrində mərhum Alimurad Ramazanovun evində baş verib. Orada onların arasında "xidməti məsələlərin həllində yaranmış fikir ayrılıqları" səbəbindən mübahisə baş verib. Nəticədə rayon başçısı deputatın döş nahiyəsindən üç bıçaq zərbəsi vurub. Alimurad Ramazanov hadisə yerində ölüb.

Hadisə ilə bağlı istintaq davam edir:

Ramal


Müəllif: