16 Yanvar 2016 10:57
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Con Kerri, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin beynəlxalq məsələlər üzrə ali nümayəndəsi Federika Moqerini bu gün Vyanada görüşəcəklər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, görüşdə İranla əldə edilmiş nüvə razılaşması əsas müzakirə məsələsi olacaq.

Bununla bağlı ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner məlumat verib: "Tərəflər İranın nüvə proqramının sırf dinc məqsədlər üçün istifadəsini təmin edən müqavilənin implementasiyası istiqamətində addımlar atmaq niyyətindədir".

Samir


Müəllif: