16 Yanvar 2016 14:02
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün həm İran milləti, həm də dünya birliyi üçün tarixi bir gün olacaq".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Vyanada səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif əcnəbi jurnalistlərə açıqlamasında deyib:

"Bu gün İran xalqı üçün yaxşı bir gündür. Çünki bu gün sanksiyalar ləğv ediləcək. Bu gün region üçün də yaxşı bir gündür. Ona görə ki, nüvə razılaşmasının icrası ilə regionumuz mənasız bir qarşıdurma təhlükəsindən qurtulmuş olacaq. Bu gün dünya üçün də çox mühüm və yaxşı bir gündür. Çünki artıq sübut olundu ki, mühüm problemləri danışıqlar və diplomatik yollarla həll etmək mümkündür.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amanonun məsələ ilə əlaqədar öz hesabatını təqdim etməsindən sonra nüvə razılaşmasının icrasına başlanılacaq. Həmçinin məsələnin əhəmiyyətini nümayiş etdirmək məqsədilə birgə bəyanat da veriləcək. Mənim baş direktoru Yukio Amano, Avropa Birliyinin xarici işlər üzrə ali nümayəndəsi Federika Moqerini, ABŞ dövlət katibi Con Kerri və Avropa Birliyinə üzv ölkələrin bir sıra xarici işlər nazirləri ilə görüşüm olacaq. Hesab edirəm ki, bu görüşlər nüvə razılaşmasının düzgün icra olunması üçün çox vacibdir".

Samir


Müəllif: