16 Yanvar 2016 22:15
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqtonda səfərdə olan İordaniya kralı II Abdullah Amerikanın CNN telekanalına müsahibə verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, İranın region ölkələrinin daxili işlərinə qarışmasından gileylənib:

“Yaxın günlərdə Tehranla "altılıq" ölkələri arasında nüvə razılaşmasının icrasına başlanması ilə İran blokadaya alınmış milyardlarla dollar pulundan istifadə edə biləcək. İranın regionda sabitliyin qorunub saxlanmasına sadiq qalıb-qalmayacağını öyrənmək üçün bu ölkənin sanksiyaların ləğvindən sonrakı bütün hərəkət və əməllərini nəzarətdə saxlamaq lazımdır.

Bütün bunlar bölgəni, o cümlədən bizi narahat edir. Bizim İranla əlaqələrimiz var. Lakin biz tez-tez bu ölkənin öz sərhədlərindən kənar ərazilərə müdaxiləsinin şahidi oluruq. Təəssüflər olsun ki, İran İslam Respublikası Yəmənin və Afrika ölkələrinin, eləcə də İraq, Suriya, Livan və Əfqanıstanın daxili işlərinə qarışır. Bu isə yolverilməzdir”.

Samir


Müəllif: