17 Yanvar 2016 13:54
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) kredit verəcəyi valyuta açıqlanıb.

İnvestisiya bankı yalnız ABŞ dollarları ilə kredit verəcək. Bu barədə bank prezidenti Tszin Litsyun mətbuat konfransında deyib.

"Biz işgüzar dil kimi ingilis dili və valyuta kimi ABŞ dollarından istifadə edirik. Biz kreditləşməni yalnız dollarla həyata keçirəcəyik. Beynəlxalq bazardan kapitalın cəlb ediməsi məqsədilə isə biz ABŞ dolları ilə yanaşı avro, yuan və başqa valyutalara icəzə veririk.”- deyə o, bildirib.

Litsyun bildirib ki, artıq bank bir sıra investisiya layihələri hazırlayıb. “Biz bu ilin sonuna kimi kreditləşmənin birinci məlhələsini aparmağı planlaşdırırıq. Mən sizə bu barədə ətraflı informasiya verə bilmirəm. Amma belə layihələr infrastruktur problemlərini həll etmək son dərəcə əhəmiyyətlidir. Belə layihələr iqtisadi artıma və yoxsulluğun azalmasına səbəb ola bilər”,-deyə Lisyun əlavə edib.

Azərbaycanın da təsisçisi olduğu Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) yaradılması barədə təşəbbüsünü 2013-cü ilin oktyabrında Çin prezidenti Si Tsinpin irəli sürüb. Asiya İnfrastruktur İnvestisiyaları Bankının yaradılması haqqında saziş 2015-ci il iyunun 29-da Pekində 57 ölkə tərəfindən imzalanıb. Sənədi imzalayan ilk ölkə Avstraliya olub. Azərbaycan hökuməti adından isə sazişə maliyyə naziri Samir Şərifov imza atıb.

Bankın ilk prezidenti Çinin keçmiş maliyyə naziri Tszin Litsyun seçilib. Qərargahı Pekində yerləşən bankın nizamnamə kapitalı 100 milyard dollardır. Hazırda bankla 57 ölkə əməkdəşlıq edir. Böyük Britaniya, Almaniya, Fransa və İtaliya digər Avropa dövlətlərinin bankla əməkdaşlıq etməsi ABŞ-ın etirazına səbəb olub. Adı çəkilən dövlətlər bankda 25% paya sahibdirlər.

Çin Asiya dövlətlərini ətrafına toplayıb ABŞ-ın qitədəki iqtisadi və siyasi təsirlərini azaltmağa çalışır. Amma görünür ABŞ-ın nəzarətində olan Dünya Bankına rəqib kimi yaradılan yeni maliyyə təşkilatı dollardan imtina etmək gücündə deyil. Hazırda dollar dünyanın ən etibarlı valyutası olduğu üçün təsisçilər gələcək iqtisadi böhranları nəzərə alaraq kreditləri ABŞ dolları ilə verməyi planlaşdırırlar.


Müəllif: