18 Yanvar 2016 08:03
383

İranın azad etdiyi üç amerikalı məhbus təyyarə ilə ABŞ-ın Almaniyadakı hərbi bazasına gəlib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Frans Press ABŞ Dövlət Departamentinin nümayəndəsinə istinadən xəbər yayıb.

"RİA-Novosti"nin xəbərinə görə, dünən içərisində XİN nümayəndələri, tibbi personal, üç amerikalı məhbus, eləcə də onlardan birinin anası və həyat yoldaşı olan təyyarə Tehrandan ayrılıb. İsveçrədə qısa fasilədən sonra ABŞ vətəndaşları Almaniyaya uçub.

Bundan əvvəl ABŞ və İran məhbusların dəyişdiriləcəyini bəyan etmişdilər. İran 4 amerikalı məhbusu - jurnalist Ceyson Rezeyan, vaiz Sead Abedini, hərbçi Amir Hikməti və Nüsrətulla Xosrovini azad edib.

Nihad


Müəllif: