9 İyun 2014 10:38
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidenti Həsən Ruhani Türkiyənin paytaxtı Ankaraya səfər edib. Səfər çərçivəsində Həsən Ruhaninin Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Tayyib Ərdoğanla nüvə danışıqlarının yeni raunduna dair məsləhətləşmələr aparacağı gözlənilir.

Həsən Ruhani həmçinin İranla Türkiyə arasında ali səviyyədə strateji əməkdaşlıq şurasının birinci iclasında İran nümayəndə heyətinə rəhbərlik edəcəyi bildirilir.

İran prezidentinin Türkiyəyə səfəri ərəfəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qərbin İrana qarşı sanksiyalarını tənqid etmişdi. /anspress/


Müəllif: