18 Yanvar 2016 14:05
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror təşkilatı döyüşçüləri Suriyanın Kobani şəhərinin müxtəlif qəsəbələrində silsilə partlayışlar törədib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücumlar nəticəsində 135 nəfər həyatını itirib. Onlardan 50-i Suriya ordusunun əsgərləri olub.

Bəzi mənbələr isə son sutka ərzində Kobanidə 300 nəfərin terrorçuların qurbanı olduğunu bildiriblər. Məsələ ilə əlaqədar Suriya rəsmiləri hələlik heç bir açıqlama verməyiblər.

Samir


Müəllif: