18 Yanvar 2016 23:14
465

Sanksiyaların ləğvi ilə İran Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və beynəlxalq bazarlardakı əvvəlki mövqeyini geri qaytaracaq. İranın neft naziri Bijən Namdar Zəngənə ölkənin neft ixracının gündəlik 2 milyon barrelə çatdırılacağını deyib.

Nazir qısa müddətdə İranın neft ixracını gündəlik 500 min barrelə, 6-7 ay sonra isə gündəlik 1 milyon barrelədək artıra biləcəklərini deyib.

ABŞ və Avropa İttifaqının sanksiyalar tətbiq etdiyi dövrdə İran əsasən Çin, Hindistan, Türkiyə, Yaponiya və Koreya Respublikasına ümumilikdə gündəlik təxminən 1 milyon barrel neft ixrac edirdi.


Müəllif: