18 Yanvar 2016 17:29
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyada müsəlman qadınların niqab taxmasını qadağan edən qanun parlamentə təqdim edilib.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Latviya ədliyyə naziri Dzintars Rasnaçs məlumat verib.

Onun sözlərinə görə, bu qadağa ictimai yerlərdə tətbiq ediləcək: "Bu qadağa tətbiq olunacaq. Müvafiq qanun layihəsi artıq hazırlanıb. Biz iki konsepsiya üzərində seçim etdik. Birinci konsepsiyada niqabın konkret müəssisələrdə, o cümlədən dövlət və təhsil müəssisələrində, ikincisi isə bu geyimin ümumilikdə ictimai yerlərdə qadağan olunmasıdır. Nəticədə ikinci konsepsiya seçildi".

Rasçans qeyd edib ki, qadağa Latviya hökuməti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.

Samir


Müəllif: