19 Yanvar 2016 01:28
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrana qarşı sanksiyaların aradan qaldırılması nəticəsində, rəsmi Tehran təxminən 55 milyard məbləğində dondurulmuş maliyyə vəsaitlərini geri alacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib. O, bəzi ekspertlərin adıçəkilən məbləğin $100-150 milyarda çatacağını qəti şəkildə təkzib edib: “Bu uydurma rəqəmlərdir. İran təxminən 55 milyard alacaq”, deyə C.Kerri bildirib.

Dövlət katibi həmçinin vurğulayıb ki, İran maliyyə vəsaitini birdəfəlik deyil, hissə-hissə alacaq.


Müəllif: