19 Yanvar 2016 17:04
618

Türkiyənin Siirt bölgəsində iki PKK-çının başı kəsilmiş cəsədi aşkar edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Türkiyə polisi faktla bağlı dərhal araşdırmalara başlayıb.

Məlum olub ki, bu terrorçular bölgədə Türkiyə təhlükəsizlik qüvvələri ilə atışmada yaralanıb, daha sonra isə digər PKK-çılar tərəfindən polisin əlinə keçməmələri üçün edam olunublar.

Rəsmi məlumatlara görə, bundan əvvəl də oxşar hallar yaşanıb.

Qeyd edək ki, məlum atışma zamanı daha 40 terrorçu silahını hadisə yerində qoyaraq, qaçıblar.

Elvin


Müəllif: