19 Yanvar 2016 21:12
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində yerləşən Qatral Elmi və Araşdırmalar Xəstəxanasında "donuz qripi"ndən daha bir nəfər həyatını itirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 52 yaşlı qadın bir neçə gün öncə sağlamlığında yaranmış kəskin problemlər üzündən xəstəxanaya müraciə edib.

Araşdırmalar zamanı onda "donuz qripi"nin ilkin simptomları aşkar edilib. Həkim nəzarətində olmasına baxmayaraq, qadın həyatını itirib.

Bununla da ilin əvvəlindən Türkiyədə bu virusdan ölənlərin sayı 16-ya çatıb. Hazırda qonşu ölkədə 493 nəfər "donuz qripi"ndən əziyyət çəkir.

Samir


Müəllif: