20 Yanvar 2016 01:23
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran təhlükəsizlik qüvvələrinin əməkdaşları Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumun əsas təşkilatçısını saxlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün İranın Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Məhəmməd Rza Möhsenisani bildirib.

“Hücumda iştirak edənlərin əksəriyyətini saxlamaq mümkün olub. Səfirliyə hücumun əsas təşkilatçısı ölkəyə daxil olan kimi saxlanılıb, hazırda onun işi üzrə proses davam etdirilir”, deyə məmur bildirib.

Möhsenisaninin sözlərinə görə, hücum heç də təsadüfi xarakter daşımayıb, əksinə, saxlanılan şəxs tərəfindən planlı şəkildə təşkil edilib. O xaricdən verilən göstərişləri və əmrləri yerinə yetirib.

Məlumata görə, polis həmçinin hücumun digər əsas iştirakçılarını da saxlamağa müvəffəq olub. Saxlanılan şəxslərin kimliyi açıqlanmır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 3-dən İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub.


Müəllif: