20 Yanvar 2016 02:09
376

İqtisadiyyat baxımdan yaxın tarixin ən çətin günlərini yaşayan Rusiya, dövlətin büdcəsini doldurmaq üçün özəlləşdirməyə əl atmağa hazırlaşır.

Avropa.info xəbər verir ki, Rusiya hökuməti dövlətin iki iri bankı olan "Sberbank" və VTB-dəki səhmləri satmaq qərarına gəlib. Rusiyanin iqtisadiyyat naziri Aleksey Ulyukaev nazirliyin sözügedən bankların özəlləşdirilməsi üçün təklif hazırladığını açıqlayıb.

Rusiya mətbuatında dərc olunan xəbərə görə Ulyukaev Sberbankın satışı üçün qanunda bəzi dəyişikliklər edilməsi lazım olduğunu bildirib: "Hər iki bankın özəlləşdirilməsi ilə bağlı işlərimizi davam etdiririk".

Qeyd edək ki, Sberbankın səhmlərinin 50 %- i, VTB-nin isə səhmlərinin 60,9 %-i Rusiya dövlətinə məxsusdur.


Müəllif: