20 Yanvar 2016 12:45
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyadan Moldaviyaya mal aparan yüzə yaxın yük maşını Rusiya-Ukrayna sərhəd məntəqəsində - Troebortnoendə saxlanılıb.


Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.


Yüzə yaxın yük maşını Kiyev hökumətinin Rusiya mallarının idxalının qadağası haqqında qərarına görə Ukraynanı keçə bilmirlər. Moldaviya hakimiyyət rəsmiləri isə Ukraynanı yüklərin beynəlxalq daşınması haqqında gömrük şərtlərini pozmaqda ittiham edib.


Ukraynada yanvarın 10-da qüvvəyə minən yeni qətnaməyə görə, Rusiyayla ticarətə məhdudiyyətlər tətbiq edilib. Qətnaməyə əsasən, avqustun 5-ə qədər Rusiya mallarının Ukraynanın gömrük ərazisinə idxalı qadağan edilir.


Yeri gəlmişkən, Rusiya Dövlət Duması da ötən ilin dekabrında birinci oxunuşda Ukraynayla azad ticarət zonası haqqında müqavilənin icrasının dayandırılması haqqında qanun qəbul edib.


Öz növbəsində Ukrayna prezidenti Pyotr Poroşenko da dekabrın sonlarında xüsusi fərmanla hökumətə Rusiya barəsində iqtisadi sanksiyaları tətbiq etməyə icazə verdi. Ali Radaya prezident tərəfindən "Xarici iqtisadi fəaliyyət haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı sənəd layihəsi daxil olub./Publika.az/


Müəllif: