20 Yanvar 2016 19:51
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviya prezidenti Raymonds Veyonis Riqa Kliniki Xəstəxanasında ürəyindən əməliyyat olunur.

Bazar ertəsi səhər prezident virus infeksiyasından müalicə olunmaq üçün toksikologiya şöbəsinə yerləşdirilib. Lakin çərşənbə axşamı bildirilib ki, prezident kardiologiya bölməsinə köçürülüb.

Artıq cərrahlar əməliyyata başlayıblar. Əməliyyatın nə qədər çəkəcəyi isə bəlli deyil. Axşam saatlarında həkimlərin əməliyyatın nəticələri ilə bağlı jurnalistlər qarşısında çıxış edəcəkləri planlaşdırılır.

Latviya prezidentinin vəzifələri müvəqqəti olaraq Seymin spikeri İnara Murniese icra edir.(publika.az)


Müəllif: