20 Yanvar 2016 19:29
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının Səhiyyə Nazirliyi 2016-cı ildə donuq qripindən 27 nəfərin öldüyünü açıqlayıb.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburqda, Rostov donda, Orenburqda və Volqoqradda bu virusdan ölənlərin sayı daha çoxdur.

Daha əvvəl Rospotrebnadzoredə virusun yayılması hallarının artması haqqında xəbər verilib. Nazirliyin yaydığı məlumata görə, adları çəkilən şəhərlərin sakinləri donuz qripinə yoluxur və qısa müddət sonra ölürlər.


“Ancaq təlaş üçün səbəb yoxdur” – deyə Səhiyyə Nazirliyi xəbərdarlıq edib. Rusiya Federasiyasının səhiyyə naziri bildirib ki, xəstəlik əvvəl gec yayılmağa başlasa da, indi təhlükə daha da böyüyüb. Nazirliyin dəqiqləşdirmələrindən sonra epidemiyanın ölkəyə Çinin şimal regionlarından və Ukraynadan (bu ölkədə artıq 51 insan ölüb) yayılması üzə çıxıb.

Səhiyyə nazirinin müavini Tatyana Yakovleva donuz qripindən ölənlərin sayının çoxluğunu bu insanların həkimə gec müraciət etmələri ilə əsaslandırıb.

Dünyasını dəyişənlər arasında hamilə qadın və İvanovsk vilayətinin 13 yaşlı sakini də var.


Müəllif: