21 Yanvar 2016 01:56
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişinyovda Moldova parlamenti qarşısında baş verən iğtişaşlar zamanı 6 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, onların yüngül yaralandığı və həyatlarına təhlükə olmadığı bildirilir.

Yerli telekanallar xəbər verir ki, zərərçəkənlər arasında həm deputatlar, həm də müxalif “DA” platformasını təmsilçiləri var.

Qeyd edək ki, oktyabrın 29-da Moldova parlamenti Liberal Demokrat partiyasının sədr müavininin rəhbərlik etdiyi Nazirlər Kabinetini istefaya göndərib. Yanvarın 20-də isə parlament rabitə naziri Pavel Filipin baş nazir postuna təyin edilməsini dəstəkləyib və yeni hökumətin tərkibini təsdiqləyib.


Müəllif: