21 Yanvar 2016 12:42
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

"PKK terrorçuları peşmərgə gücləri ilə birlikdə İraqın şimalında yerləşən ərəb kəndlərində etnik təmizləmə aparır".

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, bununla bağlı Beynəlxalq Amnistiya Təşkilatı araşdırma aparıb.

Məlumatlara görə, PKK-çılar kəndlərdə evləri talan edir, dağıdır, yerli əhalini isə zorla başqa bölgələrə köçürürlər: "Ötən il yayımladığımız sənədlərdə Suriyada xalq özünümüdafiə qüvvələrinın İŞİD-dən azad etdiyi türkmən və ərəb kəndlərində etnik təmizləmə apardığını sübu etdik. PKK və peşmərgə qüvvələri də İraqda oxşar siyasət yeridir. Onlar 13 kənd və qəsəbədə mindən çox evi buldozerlə yerlə bir edib, minlərlə ailəni evlərindən dirdərgin salıb".

Bu arada, Avropa Birliyi PKK terror təşkilatının fəaliyyəti ilə bağlı sərt açıqlamalar verib. Avropa Birliyinin Avropa Qonşuluq Siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Hahn bildirib ki, PKK terror təşkilatı Türkiyəyə qarşı hücumlarını dərhal dayandırmalıdır: "PKK 2002-ci ildə Avropa Birliyinin sanksiya tətbiq etdiyi təşkilatlar siyahısına daxil edilib. Bu qərar ötən il martda yenidən səs qoyuldu və qəbul edildi. PKK gələcəkdə də bu siyahıda qalacaq".

Samir


Müəllif: