21 Yanvar 2016 12:54
444

Ukrayna prezidenti Petro Poroşenko və ABŞ-ın vitse-prezidenti Cozef Bayden Davos iqtisadi forumu çərçivəsində görüş keçiriblər.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Ukrayna prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.

Görüş zamanı Poroşenko və Bayden hərbi-texniki əməkdaşlıq barədə razılığa gəliblər: "Görüşdə hərbi-texniki əməkdaşlığın fəallaşdırılması əsas müzakirə məsələsi olub. Bu əməkdaşlığın gücləndirilməsi və davam etdirilməsi barədə razılığa gəldik". Poroşenko Amerikanın Ukryanya 23 milyon dollarlıq dəyərində tibb və rabitə avadanlıqları yardımına görə Baydenə təşəkkürünü bildirib.

Qeyd edək ki, həmin yardım yanvarın 17-də Borispol hava limanında Ukrayna tərəfinə təhvil verilib.

Samir


Müəllif: