21 Yanvar 2016 14:31
933
12 Punto 14 Punto 16 Punto 18 Punto

4 saatlıq görüşdə nələr müzakirə edilib?

ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland Rusiya prezidentinin köməkçisi Vladislav Surkovla görüşüb. Həftə sonu Nulandın türkiyəli nümayəndələrlə görüşü gözlənilir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Amerikanın "Stratfor" analitik mərkəzi məlumat yayıb.

Mərkəz iddia edir ki, Vaşinqton Rusiya və Türkiyə arasında gərginliyi aradan qaldırmaq üçün vasitəçilik etmək və bundan sonar isə bu ölkələrin dəstəyi ilə İŞİD terror təşkilatını məğlubiyyətə uğratmaq niyyətindədir:

"İranla nüvə razılaşması əldə etdikdən sonra ABŞ regionda digər məsələlərin həlli üçün daha çox güc sərf etmək istəyir. Ancaq siyasi baxımdan bunu etmək asan deyil. İŞİD-i məğlub etmək üçün ABŞ-a Türkiyənin köməyi lazımdır. Rəsmi Ankara da Suriyanın şimalına quru qoşunlarını göndərməyə hazır olduğunu açıqlayıb. Ancaq Rusiya Türkiyəyə bunu etməyə icazə vermir və bəyan edir ki, rus təyyarələrinə qarşı yaradılacaq hər hansı təhlükə məhv ediləcək.

Buna görə də ABŞ Ankara və Moskvanın münasibətlərini yaxşılaşdırmaq üçün ötən ilin dekabrında dövlət katibi Con Kerrini Rusiyaya göndərdi. Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 20-də Con Kerri ilə yenidən bu məsələni müzakirə etmək üçün görüşdü".

"Stratfor" hesab edir ki, Ukrayna məsələsinə gəlincə, Vaşinqton Rusiya üzərindən sanksiyaların qaldırılmasına hazır olduğu siqnalını verib: "Moskva Kiyevdən güzəştlər tələb edir. Ancaq Kiyev buna razı deyil. Buna görə də Ukrayna məsələsinin yaxın zamanlarda həlli görünmür.

Ancaq Vaşinqton başqa üsulla Moskvanı diqqətdə saxlaya bilər. Belə ki, Viktoriya Nuland Litva, Rumıniya, Bolqarıstan və Türkiyə turu çərçivəsində Vladislav Surkovla 4 saatlıq görüş keçirib. Adı çəkilən ölkələr Rusiyaya qarşı planda ABŞ üçün çox vacibdir. ABŞ bu ölkələrlə qarşılıqlı boru kəmərlərinin çəkilməsi, maye qaz üçün meydançaların tikintisi və atomdan istifadə ilə bağlı müzakirələr aparıb. Bununla rəsmi Vaşinqton Avropanın energi məsələsində Rusiyadan asılılığını aradan qaldırmaq fikrindədir.

Bundan əlavə, Nuland bu ölkələrlə hərbi məsələləri də müzakirə etməyə məcburdur. Onlar Amerikadan Avropada hərbi varlığını artıqmağını tələb edirlər. Ancaq Rusiya hərbi büdcə xərclərini azaltmasına baxmayaraq, görünür ki, NATO-nun Baltik və Qara dəniz sahillərində möhkəmlənməsi ilə razılaşmayacaq.


Həftə sonu Nuland Türkiyəyə səfər edəcək. ABŞ bununla Ankaranı Rusiya ilə müzakirələr masasına əyləşdirməyə çalışır. Digər tərəfdən, Moskva hiss etsə ki, Türkiyə ilə yaranmış gərginlik Ankara-NATO münasibətlərinə güclü təkan verir, onda Rusiya Türkiyə ilə dialoqu bərpa edəcək".

Samir


Müəllif: