9 İyun 2014 14:26
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter Rusiya və Ukrayna arasında danışqılarda vasitəçi təyin edib.

AzVision.az-ın məlumatına görə, məşhur isveçrəli diplomat Haydi Talyavini tərəflər arasında danışıqlarda vasitəçi olacaq.

ATƏT-in bununla bağlı yaydığı məlumatda bildirilir ki, danışıqların əsas hədəfi Ukraynadakı zorakılığa son qoymaqdır. Talyavini artıq Kiyevə gəlib.

Eyni zamanda Burkhalter Ukrayna prezidenti Pyotr Poroşenkonun zorakılığa tezliklə son qoymaq məqsədilə danışıqlara başlamaq barədə təşəbbüsünü də alqışlayıb. O, vurğulayıb ki, silahlı qarşıdurmanın dayandırılması Ukraynadakı gərginliyinin aradan qaldırılması ilə bağlı danışıqlara müsbət təsir edəcək.


Müəllif: