22 Yanvar 2016 10:22
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti ölkəyə viza ilə girəcək şəxslərin üzərində nəzarətin gücləndirilməsi sisteminin tətbiqinə başlayıb.


Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Xarici İşlər Nazirliyi bəyanat yayıb.


“Terrorçuların səfərlərinə qadağa Aktı” adlandırılan bu layihə Avropa ölkələrindən İŞİD-ə qatılıb, daha sonra ölkələrinə geri dönmüş avropalıların ABŞ-a girişini əngəlləyir.

Bəyanatda deyilir ki, ABŞ-ın tətbiq etdiyi “Azad viza proqramı” çərçivəsində ölkəyə vizasız daxil olan şəxslərdən bəzilərinin 2011-ci ilin mart ayından bəri İraq, Suriya, İran və Sudanda olduqları öyrənilib: “Ona görə də həmin şəxslərin təkrar ABŞ-a gələcəyi təqdirdə, ciddi yoxlanılması lazım gələcək. Lakin bu sistem diplomat və hərbi vəzifə daşıyan rəsmi şəxslərə şamil olunmayacaq. Sadə vətəndaşlar isə əvvəlki kimi, səfirlikləri gedərək viza alınması üçün müraciət edə bilərlər”.


Müəllif: