22 Yanvar 2016 11:08
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama Almaniya kansleri Angela Merkellə telefon əlaqəsi saxlayıb.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, müzakirələr zamanı liderlər miqrant böhranı məsələsini müzakirə ediblər. Bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb:

"Liderlər miqrant böhranı ətrafında fikir mübadiləsi apardılar. Obama fevralın 4-də Londonda baş tutacaq Suriya konfrasının vacibliyini vurğulayıb. Merkel öz növbəsində bu il sentyabrda BMT Baş Assableyasının sammiti çərçivəsində ABŞ prezidenti ilə görüşmək və bu məsələni üzbəüz müzakirə etmək istədiyini bildirib. ABŞ prezidenti miqrant böhranından əziyyət çəkən ölkərə yardım məsələsini diqqətə çatdırıb. Onun sözlərinə görə, miqrant axınının çox olduğu ölkələrə yardım edilməsə, onlar da böhranla üz-üzə qalacaq".

Liderlər həmçinin, Ukrayna məsələsini də müzakirə ediblər: "Obama və Merkel bütün tərəflərin Minsk öhdəliklərini yerinə yetirməsinin vacibliyini vurğulayıb".

Sonda Obama yanvarın 12-də İstanbulda baş verən və Almaniya vətəndaşlarının həlak olduğu terror aktı ilə əlaqədar Merkelə başsağlığı verib.

Samir


Müəllif: