22 Yanvar 2016 11:14
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən gecə İstanbula gələn ABŞ-ın vitse-prezidenti Cozef Bayden Türkiyəyə 98 kilometrlik Suriya sərhədini qorumaq üçün 3 vacib texnoloji dəstək təklif edəcək.

Teleqraf.com xəbər verir ki, bunlar Amerika istehsalı olan aerostat radar şarı, robot əsgər və anti-tunel texnologiyasıdır.

Məlumatlara görə, sərhəd təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Baydendən sonra gələn ay ABŞ daxili işlər naziri Cey Conson Türkiyəyə səfər edəcək.

1. Aerostat radar şarı

ABŞ Meksika və Karib hövzəsində sərhəd təhlükəsizliyini qorumaq üçün bu texnologiyadan istifadə edib. 1 tonluq nəhəng aparat 4800 metr yüksəkliyi və 400 kilometr ərazini qorumaq gücünə malikdir. Amerikanın "Lockeed Martin" şirkəti tərəfindən hazırlanan şarlar hava sərhədlərini pozan təyyarə, helikopter və pilotsuz təyyarələri müşahidə edə bilir.

2. Robot əsgər

ABŞ bu tip robotları əsasən, İraqdakı əməliyyatlarda istifadə edib. Bu robotlar yol kənarındakı partlayıcıların aşkar və məhv edilməsinə yardım edir. ABŞ Türkiyəyə uzaq məsafədən idarə olunan sistemin inkişaf etmiş versiyalarını təklif edəcək.

3. Anti-tunel texnologiyası:

Bu texnologiya ən çox İsrail tərəfindən işğal edilən Qəzza torpaqlarında HƏMAS tərəfindən hazırlanan tunellərdə istifadə edilib. ABŞ Konqresi anti-tunel texnologiyasını ötən il təsdiq edib. Ekspertlərin fikrincə, bu sistem İŞİD terrorçularının Suriya-Türkiyə sərhədini tunellər vasitəsilə keçməsinin qarşısını alacaq.

Samir


Müəllif: