22 Yanvar 2016 18:42
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya və Rusiya ordusuna aid qırıcılar Türkiyəyə yaxın əraziləri bombalayıb.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, sərhədə yaxın qəsəbələr şiddətli atəşə məruz qalıb.

"Anadolu" agentliyi xəbər verir ki, qırıcılar Babel sərhəd məntəqəsi ətrafındakı ərazilərə hücuma keçib. Şiddətli partlayış səsləri Türkiyənin Reyhanlı bölgəsində də eşidilib.

Əsəd və Rusiya qüvvələri xüsusilə də Türkiyə sərhədinə yaxın İdlibin Salkin, Sarmada, Dana qəsəbələrinə zərbələr endirib.

Nihad


Müəllif: