23 Yanvar 2016 17:39
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Wood Mackenzie” konsaltinq şirkətinin hesablamalarına görə, neft qiymətlərinin düşməsi fonunda neft-qaz şirkətləri kəşfiyyat və hasilat bölməsində ümumi dəyəri 380 mlrd. dollar olan 68 layihəni təxirə salıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu layihələr üzrə neft ehtiyatları 27 milyard barel neft ekvivalenti, potensial hasilat isə gündə 2.9 milyon barel neft həcmində qiymətləndirilir.

Keçən ilin iyunundan təxirə salınan layihələrin həcmi 2 dəfə artıb – 200 milyard dollardan 380 milyard dollara qədər.

Ən çox əziyyəti dərinsulu qazma çəkir: yüksək dəyər üzündən təxirəsalınmaların yarısı bu layihələrin payına düşüb.


Ekspertlərin proqnozlarına görə, növbəti altı ay ərzində yeni layihələrin təxirə salınması davam edəcək.


Müəllif: