24 Yanvar 2016 13:35
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə təhlükəsizlik işçiləri Cizrə şəhərində PKK terrorçularına qarşı əməliyyat həyata keçirib.

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, əməliyyat zamanı 1 polis şəhid olub, 7 terrorçu öldürülüb, daha 7 PKK-çı isə təhlükəsizlik işçilərinə təslim olub.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə. dekabrın 15-dən başlanan əməliyyatlarda ümumilikdə 265 terrorçu öldürülüb, 132 PKK döyüşçüsü həbs edilib, 432 sığınacaq isə məhv edilib.

Samir


Müəllif: