24 Yanvar 2016 14:07
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Dağıstan Muxtar Respublikasından keçən magistral yollardan birində dəhşətli avtobus qəzası baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həyatını itirib, 14 sərnişin yaralanıb. Ölənlər arasında körpə uşaq da olub. Hadisə zamanı avtobus qarşıdan gələn hərbi maşınla toqquşub.

Rəsmi məlumatlara görə, qəza havanın kəskin soyuması və yolların buz bağlaması səbəbindən baş verib.

Samir


Müəllif: