24 Yanvar 2016 16:45
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveytin Sabah əl-Əhməd şəhərində namaz vaxtı məscidlərdən biri çöküb.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, hadisə zamanı ən azı 20 nəfər xəsarət alıb, 10-dan çox insan həyatını itirib. Dağıntılar altında çox sayda insanın qaldığı bildirilib.

Hadisənin dəqiq səbəbləri məlum deyil. İlkin ehtimallara görə, qədimliyi ilə seçilən məscid baxımsızlıq səbəbindən çöküb.

Samir


Müəllif: