24 Yanvar 2016 19:23
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovanın sol müxalifətinin - "Bizim Partiya" və Sosialistlər Partiyasının, eləcə də "DA" sağ mərkəzçi vətəndaş platformasının tərəfdarları aksiya keçirib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, etirazçılar Kiçinyovun şimalında şəhərin giriş-çıxışını bağlayıblar.

Polisin məlumatına görə, aksiyada 20 min nəfər iştirak edir. Təşkilatçılar isə aksiyaya 100 min nəfərdən artıq insanın qatıldığını bildirib.

"Şimal istiqamətdən Kişinyova giriş-çıxış bir saat müddətinə bağlanacaq", - "Bizim Partiya"nın lideri Renato Usatıy bildirib.

Etirazçılar Pavel Filip hökumətinə qarşıdır, parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər. Etiraz yürüşü ilə əlaqədar Kişinyovun mərkəzi küçələri bağlanıb. Yollarda kilometrlərlə uzanan tıxaclar yaranıb.

Nihad


Müəllif: