24 Yanvar 2016 20:06
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova müxalifətinin "Bizim Partiya" və Sosialistlər Partiyasının, eləcə də "DA" sağ mərkəzçi vətəndaş platformasının liderləri hakimiyyətə ultimatum verib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, müxaliflər bildiriblər ki, yanvarın 28-dək onların tələbləri yerinə yetirilməzsə, o zaman milli və beynəlxalq əhəmiyyətli yolları bağlayacaqlar.

Qeyd edək ki, Kişinyovda müxalifətin aksiyası bu gün başlayıb. Etirazçılar Pavel Filip hökumətinə qarşıdır, parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Nihad


Müəllif: