24 Yanvar 2016 23:10
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə təhlükəsizlik qüvvələri ölkənin Suriya ilə sərhəddəki Kilis bölgəsində 23 nəfəri saxlayıb.

Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, həmin şəxslər İŞİD-lə əlaqələrə malik olmaqda şübhəli bilinir.

.
"Kilis bölgəsində İŞİD üzvü olmaqda şübhəli bilinən 23 nəfər, eləcə də onlarla birlikdə Suriyadan Türkiyəyə keçmək istəyən 21 uşaq saxlanılıb", - Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

Yanvarda İstanbulda baş verən terror aktına görə Türkiyə hakimiyyəti İŞİD-i günahlandırmışdı. Bundan sonra Türkiyə Suriya ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib.

Nihad


Müəllif: