25 Yanvar 2016 09:53
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının Bağdaddakı səfiri Samir əl-Sabha İraqın Xarici İşlər Nazirliyinə çağırılıb.

Səudiyyə Ərəbistanının İraqın şiə milisi olan "Haşd eş Şaabi"yə qarşı verdiyi açıqlamalarla əlaqədar səfirə nota təqdim edilib. İraq hökuməti Səudiyyə Ərəbistanı səfirinin ölkəsinin daxili işlərinə qarışdığını və buna görə diplomata nota təqdim edildiyini bəyan edib.


Xatırladaq ki, Səudiyyə Ərəbistanının Bağdaddakı səfiri Samir əl-Sabha ötən gün İraqın yerli televiziya kanalına müsahibəsində "Haşd eş Şaabi" milisinin Kürd və Ənbar kənd sakinlərinə qarşı zor tətbiq etməsi və bunun İraq cəmiyyəti tərəfindən də mənfi qarşılanması barədə açıqlama verib./Publika


Müəllif: