25 Yanvar 2016 11:29
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidenti Həsən Ruhani bu gün Avropa turuna çıxıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ruhani İtaliya, Vatikan və Fransaya səfər edəcək.

Ruhani yanvarın 25-26-da İtaliya prezidenti Serco Mattarella və baş nazir Matteo Rentsi ilə görüşəcək. Görüşdə liderlər İran və İtaliya arasında iqtisadi əlaqələri bərpa etmək məsələsini müzakirə edəcəklər.

Qeyd edək ki, Ruhaninin ötən il noyabrın 14-17-də baş tutması gözlənilən İtaliya və Fransaya səfəri təxirə salınmışdı. Buna noyabrın 13-də Parisdə baş verən və 130 nəfərin ölümü ilə nəticələnən silsilə terror aktları səbəb oldu.

Samir


Müəllif: