25 Yanvar 2016 21:13
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə xüsusi təyinatlı polis kursuna qəbul olmaq istəyənləri çox çətin sınaqlardan keçməli olurlar.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xüsusi təyinatlı türk polislərinin keçdikləri mərhələlər barədə yazını təqdim edir.

Fiziki göstəriciləri uyğun gələn polislər Amasyadakı xüsusi hazırlıq kampına aparılır.

Gərgin fiziki hazırlıqlardan keçən kursantlara silahla davranma üzrə təlimlər keçirlir. İlk olaraq tapança ilə rəftar öyrədilir. Atış bacarıqlarını inkişaf etdirmək üçün daha sonra avtomat, snayper və digər silahlardan istifadə peşəkar səviyyəyə çatdırılır. Bundan sonra kursantlar atış üzrə imtahan verirlər.

Koordinatları tapmayana yemək yoxdur

Təlimçilər tərəfindən kursantların günorta yeməyi xüsusi yerlərdə gizlədilir. Daha sonra onlara koordinatlar verilir və kursantlara yeməklərini tapmaqları əmr olunur. Tapşırığı yerinə yetirə bilməyənlər isə ac qalır.

Kursantlara zirehli avtomobilləri idarə etmək, karvan şəkilində irəliləmək, tələyə düşdükdə nə etmək lazım olduğu öyrədilir. Son zamanları döyüşlərin keçələrdə, avtomobillər irəliləyərkən baş verməsi bu hazırlığın vacibliyi bir daha göstərir.

100 ballıq sistemlə 75 baldan az yığan kursantlar növbəti mərhələyə keçə bilmir.

Rüstəm


Müəllif: