25 Yanvar 2016 20:54
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Suriyada ikinci aviabaza yaratmasına dair KİV-də dərc olunan ehtimallar Türkiyənin ərəb respublikası ilə sərhəddə qoşun yeritməsini pərdələmək məqsədi daşıyır.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.

Onun sözlərinə görə, yeni bazanın tikilməsi planlaşdırılmır və bundan söhbət gedə bilməz: "Bu, Türkiyənin öz qoşununu ərəb respublikası ilə sərhədə toplamasını gizlətmək üçün ən yaxşı variantdır. Yeni bazaya ehtiyac yoxdur. Rus qırıcılarının yarım saat ərzində Suriyanın istənilən nöqtəsinə aviazərbələr endirə bilər".

Samir


Müəllif: