26 Yanvar 2016 13:50
1 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sergey Lavrov: “Qərb böyük səhvə yol verir”


"Yerli kürdlərin iştirakı olmadan Suriya böhranının həlli ilə bağlı danışıqlar nəticəsiz qalacaq".

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, Rusiya Suriya Demokratik Partiyasının danışıqlara dəvət olunmasının tərəfdarıdır: "Qeyd etmək istərdim ki, Rusiyanın Suriya prezidenti Bəşər Əsədi istefaya səsləməsi və ona sığınacaq söz verməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bəşər Əsədlə bu mövzuda heç bir söhbət olmayıb. Əsədin Moskva səfəri və Vladimir Putinlə görüşü zamanı hansı məsələləri müzakirə etməsi sizə məlumdur".

Lavrov çıxışı zamanı terrorçuluqla mübarizə məsələsinə də toxunub: "Beynəlxalq terrorçuluğa tək hərbi yolla qalib gəlmək mümkün deyil. İqtisadi və siyasi mübarizə vacibdir. Terrorçuların iqtisadi infrastrukturlardan istifadəsinin, İraq və Suriyada Türkiyənin iştirakı ilə neft qaçaqmalçılığının və əlbəttə ki, ekstremist ideologiyanın qarşısını almaq lazımdır".

S.Lavrov Avropa Birliyinin parçalanması və zəifləməsi məsələsinə də münasibət bildirib: "Moskva Avropa Birliyinin parçalanması və ya zəiflədilməsində maraqlı deyil. Bizə bütün sahələrdə vahid və güclü tərəfdaş olan Avropa Birliyi maraqlıdır".

Rusiya XİN rəhbəri Qərbin NATO-nu Rusiya sərhədlərində möhkəmləndirmək planını “böyük səhv” adlandırıb: "NATO Rusiya ilə sərhəd bölgələrdə hərbi varlığını artırır. Moskva bu məsələni regionda sbaitliyi pozmaq üçün atılmış addım kimi qiymətləndirir. Qərb bununla çox böyük səhvə yol verir".

Samir


Müəllif: