26 Yanvar 2016 15:19
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin iranlı həmkarı İbrahim Rəhimpurla Moskvada görüşüb.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı Dağlıq Qarabağ məsələsi əsas müzakirə mövzusu olub: "Diplomatlar gündəlikdə duran bəzi regional məsələlər ətrafında fikir mübadiləsi apardılar. Əsas diqqət Mərkəzi Asiya və Zaqafqaziyadakı vəziyyət, Dağlıq Qarabağ münaqişəsi və Ukrayna böhranı ilə əlaqədar Minsk öhdəliklərinin yerinə yetirilməsinə yönəldi".

Bir müddət əvvəl açıqlama verən İran XİN rəhbəri Hüseyn Cabir Ənsari bildirib ki, Tehran Azərbaycan və Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi kimi çıxış etməyə hazırdır. O qeyd edib ki, Azərbaycan və İran diplomatları Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri ilə bağlı müzakirələr aparıb. Yekun qərardan sonra səfər haqqında məlumat veriləcək.

Samir


Müəllif: