27 Yanvar 2016 02:02
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

30 ildən çoxdur ki, Ağ Evin yaxınlığında çadır quraraq ABŞ-a etiraz edən ispaniyalı Konsepion Pikiotto həyatını itirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat "Reuters" agentliyində yer alıb.

Məlumata görə, etirazçı 1981-ci ildən Ağ Evə yaxın yerdə çadır quraraq yaşayıb və ABŞ-ın xarici siyasətini tənqid edib.

Xüsusilə ABŞ-İsrail münasibətlərinə və kimyəvi silahların istifadəsinə etiraz edən 80 yaşlı Pikiotto kimsəsiz qadınların qaldığı bir sığınacaqda həyatını itirib.


Müəllif: