27 Yanvar 2016 18:06
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan prezidenti Emoməli Rəhman qızı Ozodanı respublika prezidentinin icra aparatının rəhbəri vəzifəsinə təyin edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Tacikistan prezidentinin rəsmi saytında məlumat yerləşdirilib. Ozoda bundan əvvəl ölkənin xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışıb. Bu postu tutan Xudiyerzoda Baxtiyer Tavar isə republika mərkəzi seçki komitəsinin sədri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət öncə Qazaxıstan prezidenti Nursultan Nazarbayev də qızı Dariqa Nazarbayevanı baş nazirinin müavini təyin edib.

Samir


Müəllif: