9 İyun 2014 18:01
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Xarici İşlər Nazirliyi Cənubi Osetiyada keçirilən seçkiləri qanunsuz sayıb.

Axar.az xəbər verir ki, bu haqda Xarici İşlər naziri David Zalkaliani bazar ertəsi brifinqdə deyib:

“İyunun 8-də Cənubi Osetiyada keçirilən parlament seçkiləri beynəlxalq hüquq normalarına uyğun deyil və qanuni sayılmır”, - “Birləşmiş Osetiya” partiyasının ilk addımı Rusiya Federasiyasına giriş haqda referendum keçirilməsi olub. Onlar Cənubi Osetiya parlamentinin prezidentə rəftarı məsələsini irəli sürüblər. Daha sonra keçid dövrü üçün hökumətlər arası işçi qrupunun yaradılması, yeni konstitusiyanın qəbulu və Rusiya Federasiyasının qanunverirciliyinə keçmək istəyi bildirilib.

Xatırladaq ki, bazar günü – iyunun 8-də Cənubi Osetiyada parlament seçkiləri keçirilib. “Birləşmiş Osetiya” partiyası səslərin çoxunu alıb.


Müəllif: